Hazırda onu qorxunc şəkildə hədələyirlər – Lavrov

Hazırda onu qorxunc şəkildə hədələyirlər - Lavrov

“Fransa hakimiyyəti “Telegram”ın həmtəsisçisi Pavel Durovu həbs etməklə bu sosial şəbəkənin informasiya təhlükəsizliyi baxımından etibarlı olduğunu göstərdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN başçısı “Telegram”ın istifadəsinin rahat olduğunu bildirib:

“Həqiqətən, informasiya təhlükəsizliyi var. Pavel Durov açıq şəkildə kiminsə sözü ilə saxlanılıb. Hazırda yazışma şifərlərini verməsi üçün qorxunc şəkildə hədələnir. Fransızların hərəkəti bu şəbəkənin etibarlı olduğunu sübut etdi. Həm də kifayət qədər populyardır”.

Qeyd edək ki, P.Durov Bakıdan Parisə uçan təyyarədən enərkən Fransa polisi tərəfindən saxlanılıb.

Ayşən Mustafa
Globalinfo.az