“Bidzina İvanişvili Gürcü Arzusu Partiyasının hakimiyyətdə qalmasına zəmanət verilməsi qarşılığında Abxaziyanın müstəqilliyini tanıyacaq”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Güclü Gürcüstan Partiyasının lideri Anna Naçvlişvili çıxış edib.
Onun sözlərinə görə, İvanişvili məhz bunun üçün Gürcüstan konstitusiyasını dəyişmək istəyir:
“Bidzina İvanişvili və onun “Gürcü Arzusu” Rusiyaya xidmət edir. AB ilə münasibətləri dayandırdıqdan sonra planının növbəti mərhələsinə keçir. O, hakimiyyətinin saxlanmasına zəmanət olaraq Abxaziyanın müstəqilliyini tanıyacaq. Məhz buna görə İvanişvili konstitusiya dəyişikliyi etmək, konstitusion üstünlük qazanmaq istəyir”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da baş tutacaq.
Əliyar Xəlil
Globalinfo.az