Durovun saxlanma müddəti uzadıldı

Durovun saxlanma müddəti uzadıldı

Teleqramın həmtəsisçisi Pavel Durovun Fransada saxlanma müddəti uzadılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Paris məhkəməsini müddətin uzadılması ilə bağlı avqustun 25-i axşam saatlarında qərar çıxardığı bildirilir.

Fransa qanunlarına görə, sorğu-sual üçün saxlanma müddəti maksimum 96 saat davam edə bilər. KİV yazır ki, ilkin həbs müddəti başa çatdıqdan sonra P.Durov ya azadlığa buraxılacaq, ya da ona qarşı ittiham irəli sürülərək həbs olunacaq.

Əliyar Xəlil
Globalinfo.az