israil1722946562

Hizbullah lideri Həsən Nəsrullah bildirib ki, hərəkatın İsrailə cavab zərbəsi Qəzzada atəşkəs danışıqları da daxil olmaqla bir sıra səbəblərə görə təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, hərəkat “öz mülahizələrini rəhbər tutaraq” İsraili müttəfiqlərindən ayrı vurmaq qərarına gəlib.

Hizbullah lideri hərəkatın İsrailə cavab planı hazırlayarkən mülki şəxslərə qarşı hücumlardan imtina etdiyini bildirib. Onun sözlərinə görə, qruplaşma Qlilot hərbi bazasını atəşə tutmaq qərarına gəlib.

Paylaş: