“Fənərbağça”, “Beşiktaş” və “Bursaspor” futbol komandalarını çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında dünyasını dəyişib.
K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb.
Türkiyədə 3 dəfə ölkə çempionluğu qazanmış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.