Birləşmiş Ştatlar Rusiyaya qarşı uzaqmənzilli silahlardan atəş açmağa Ukraynaya icazə vermir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib.

Məlumatda bildirilir ki, Bayden administrasiyası hələ ki, uzaqmənzilli silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verməyə hazır deyil. Hazırda həmin silahlardan yalnız müdafiə məqsədləri üçün istifadə edilə bilər. Lakin bu qərarın dəyişməsi mümkündür.

Bəzi tanınmış demokrat qanunvericilər Kiyevə Amerika silahlarından istifadə etmək üçün daha çox azadlıq verilməsinin tərəfdarıdır.

“Ukraynanın məğlubiyyət riski dünya nizamı üçün fəlakətlidir. Ona görə də Birləşmiş Ştatlar eskalasiya riskini idarə etmək üçün bu silahlardan istifadəyə icazə verməlidir”, – deyə  demokrat Jason Crow bildirib.

Respublikaçı Ken Kalvert də bu məsələdə öz dəstəyini ifadə edib. O, Bayden administrasiyasının qətiyyətsizliyini tənqid edib və vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahlardan istifadə etmək icazəsi verilməsə, Kiyev Kursk yaxınlığında irəliləyişini davam etdirə bilməyəcək.

“Müharibə nə vaxtsa bitməlidir. Ukrayna irəliləyə bilməsə, o zaman Rusiyanı danışıqlar masasına gətirmək çətin olacaq”, – deyə Kalvert vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: