924f3ae9 c982 35d5 94be 783e63bc405e 850

Almaniyanın hüquq-mühafizə orqanları Solingendə festival iştirakçılarına hücumda terror motivləri ola biləcəyini istisna etmir, şübhəlinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Düsseldorfun böyük prokuroru Markus Kaspers mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, şübhələr təsdiqlənərsə, işin istintaqını Karlsruedəki Federal Prokurorluq öz üzərinə götürəcək. Kaspers hadisə ilə əlaqədar 15 yaşlı yeniyetmənin saxlanıldığını təsdiqləyib. İstintaqın məlumatına görə, şübhəli hücumdan əvvəl onunla danışıb.

Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 4 şəxs yaralanıb.

Paylaş: