Gürcüstanın hakim Gürcü Arzusu Partiyası ona qarşı çıxan bütün müxalif qüvvələri qadağan etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Kobaxidze deyib. Kobaxidzenin sözlərinə görə, buna səbəb bu partiyaların hamısının Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını təmsil etməsidir:
“Onların bir-biriylə bağlı olduğu hüquqi baxımdan sübut olunub. Sübut olunacaq ki, onlar kollektiv halda Vahid Milli Hərəkat Partiyası ilə cinayətlər törədirlər”.
Kobaxidze seçkidən sonra özəlliklə Vahid Milli Hərəkat, Axali, Qirçi, Droa kimi bütün partiyaları qadağan edəcəklərini deyib.
Qeyd edək ki, Kobaxidze bundan öncə seçkidən sonra Vahid Milli Hərəkatın bütün deputatlarını həbs etdirəcəklərini və ölkəni birpartiyalı idarə edəcəklərini bildirib.
Əliyar Xəlil
Globalinfo.az