Ermənistan 2020-ci ilin üçtərəfli bəyanatının altından öz imzasını istəsə də çəkə bilməz.
Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan deyib.
“Səbəb sadədir. Üçtərəfli bəyanat atəşkəslə bağlı bəyanatdır. Əgər Ermənistan öz imzasını çəksə, bu o deməkdir ki, Ermənistan atəşkəs sənədindən birtərəfli qaydada çıxır. Bu da Azərbaycana müharibə üçün əsas verəcək. Amma həm də sülh prosesinin Ermənistanın əli ilə dağılmasına sübut olacaq. Ermənistan tələyə düşüb, amma bu, Paşinyan hökumətinin buraxdığı çoxsaylı səhvlər nəticəsində baş verib” – deyə o bildirib.
Levon Zurabyan
Zurabyan Qərbin də, Rusiyanın da Zəngəzur dəhlizi məsələsində ortaq mövqeyi olduğunu, amma yeganə fərqin bura kimin nəzarət edəcəyi olduğunu bildirib:
“İndi regionda Qərblə Rusiya arasında təsir uğrunda mübarizə gedir. Kimin qələbə qazanacağını demək çətindir, amma kimin qələbə qazanmasından asılı olmayaraq, dəhliz açılacaq. Ermənistan üçün yeganə çıxışı yolu regionda balansın saxlanmasıdır”.
Tahir Turan
Globalinfo.az