Paşinyanın başına alma atan şəxs saxlanıldı

Paşinyanın başına alma atan şəxs saxlanıldı

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyana Rubinyants 2 ünvanındakı binalardan birinin 9-cu mərtəbəsindən alma atan 71 yaşlı Albert Arstamyan həbs edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı erməni mediası yayıb.

Bildirilib ki, o, hüquq-mühafizə orqanları tərəfindən yaşadığı mənzildə saxlanılıb.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

***09:13

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “ArmLur.am” nəşri yazıb.

Bildirilib ki, səfər zamanı bina sakinlərindən biri Nikol Paşinyana pəncərədən alma atıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır. Ermənistan Daxili İşlər Nazirliyi hər hansı şərh verməkdən imtina edib”, – nəşr bildirib.