Rusiya Xarici İşlər Nazirliyinin diplomatları Sünikə (Zəngəzur – red) gəliblər.
Globalinfo.az xəbər verir ki, Rusiya XİN-in qabaqcıl qrupunun diplomatları Sünikdə (Zəngəzur) Rus Evinin layihə koordinatoru L.A.Aqaxanyan və Kacaran icmasının rəhbəri M.V. Paramazyanla görüşüblər.
Rusiya səfirliyindən verilən məlumata görə, söhbət zamanı qrupun rəhbəri S.A.Çaşixin müxtəlif sahələrdə əməkdaşlığın təşviqi istiqamətində aparılan işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışıb.
Qafan meri isə Rusiya şəhərləri ilə bələdiyyələrarası əlaqələrin inkişaf etdirildiyini vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az