170858 555 343

“Son vaxtlar Ermənistanla flört edən və İrəvanda öz maraqlarını irəli sürən Qərbin regiona geosiyasi marağı artıb”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

“Yaxın gələcəkdə Cənubi Qafqazda vəziyyət Amerika-Çin qarşıdurması müstəvisinə doğru dəyişəcək. Qafqazda vəziyyət xeyli mürəkkəbdir. Burada Amerika-Çin qarşıdurması Hind-Sakit Okean regionundakı kimi deyil. Lakin çinlilər özlərinin Avrasiya kommunikasiya marşrutlarını qurduqları yerdə, amerikalılar da görünürlər”.

Amerika-Çin maraqlarının toqquşması mövzusunu davam etdirən Areşev əlavə edib ki, ABŞ-ın regionda yaranan yeni kommunikasiya infrastrukturuna təsir etmək cəhdləri Çinin iqtisadi fəaliyyətini çətinləşdirmək niyyəti ilə bağlıdır.

“Çin son vaxtlar Cənubi Qafqazda, xüsusən də Gürcüstan və Azərbaycanda ciddi fəallaşıb. Çin Rusiya ərazisindən yan keçərək Anakliya limanına qədər Qafqaz logistika marşrutlarından istifadə etməyi planlaşdırır ki, bu da Ukraynada üçüncü ildir davam edən vəziyyətin gərginləşməsi ilə əlaqədardır”, – deyə politoloq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: