Dünya Putinin bu görüntüsündən danışır: Azərbaycanda da… – VİDEO

Dünya Putinin bu görüntüsündən danışır: Azərbaycanda da... - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Çeçenistana səfəri zamanı əlində Qurani-Kərim tutduğunu əks etdirən video Yaxın Şərqin aparıcı telekanallarının və nəşrlərinin marağına səbəb olub.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, Putinin həmin videosu sosial şəbəkələrdə, o cümlədən “X” və “YouTube”-da trend olub.

“Rusiya liderinin səfərindən sonra Çeçenistan rəhbəri Ramzan Kadırovun teleqram kanalında yayımlanan Vladimir Putinin Quranla birgə videosu Türkiyə, Tunis, Misir, Suriya,ş BƏƏ və digər ölkələrin aparıcı telekanalları və nəşrləri tərəfindən nümayiş etdirilib”, – “RİA Novosti” yazır.

Video MDB ölkələrində, o cümlədən Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda da sosial şəbəkələrdə geniş yayılıb, həmçinin “Facebook”-un ərəb seqmentində populyarlıq qazanıb.

“X” sosial şəbəkəsinin və “YouTube”-un türkiyəli istifadəçiləri Rusiya prezidentinin bu hərəkətinə heyran olduqlarını bildiriblər.

Xatırladaq ki, Vladimir Putin 2011-ci ildən sonra ilk dəfə Çeçenistana səfər edib. O, Çeçenistana səfəri zamanı Hz. İsa məscidinə gedib. Putinə məsciddə Qurani-Kərim hədiyyə edilib. Rusiya lideri Quranı öpərək qəbul edib. Kadırovun köməkçisi Qurani-Kərimdən Putinə Ənfal surəsinin 17-ci ayəsini oxuyub.