voWFffuz95DBNtd1obovNZbQdghyADIIjvMw1G2V 1200

“Lukaşenko həm belarus, həm də erməni xalqına xəyanət edib”.

Globalinfo.az xəbər verir ki, bunu belaruslu siyasətçi, 2020-ci il seçkilərində Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya deyib.

“Biz Lukaşenkonun Ermənistana və erməni xalqına qarşı hədsiz təhqirlərini qətiyyətlə pisləyirik. O, Kremlin maraqlarından çıxış edərək həm belarus, həm də erməni xalqına xəyanət edib. Biz Ermənistanla əlaqələrimizi gücləndirməyə çalışırıq”, – deyə Tixanovskaya vurğulayıb.

Avropa Parlamentinin deputatı Natali Loiseau da Lukaşenkonun fikirlərini tənqid edib və Fransanın Ermənistana dəstəyinin heç vaxt dayanmayacağını açıqlayıb.

Xatırladaq ki, Belarus Prezidenti Aleksand Lukaşenkonun “Rossiya” telekanalına müsahibəsində “Ermənilər bizdən başqa heç kimə lazım deyil” fikirləri İrəvanda qəzəblə qarşılanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: