“ABŞ-da erməni lobbisinin əsas siması olan keçmiş senator Bob Menendez korrupsiyada günahkar bilindikdən sonra Prezident Co Baydenin onu əfv etməsi üçün çalışır”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Deyli Meyl” çıxış edib.
Nəşr bununla B.Menendezin uzunmüddətli həbs təhdidindən yaxa qurtarmağa çalışdığını yazıb.
Qeyd edək ki, Bob Menendez barəsində yekun qərar 29 oktyabrda veriləcək. O, pul qarşılığında başqa ölkənin maraqlarına xidmət etməkdə günahkar bilinib. Keçmiş senator artıq siyasi kariyerasını bitirdiyini açıqlayıb.
B.Menendes uzun illər erməni lobbisinin ən fəal üzvü olub. Məhz o, ABŞ Konqresində Azərbaycana qarşı qərəzli mövqenin formalaşmasında əsas rollardan birini oynayıb.
Əliyar Xəlil
Globalinfo.az














