27 yaşlı oğlan dənizdə batdı – VİDEO

27 yaşlı oğlan dənizdə batdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.