meyit kisi 1

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, S. Zöhrablı “Atasığorta” şirkətində departament direktorudur. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Sədi Zöhrablının atası Fail Məmmədov Azərbaycanın əməkdar həkimidir. F. Məmmədov 1994-cü ildən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun Sədidən başqa Şaiq, Cavid və Ziya adlı da övladları var.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

1639118695 fayil1 (1)
Fail Məmmədov

Paylaş: