“Vətən Uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, onun səhhətində problemlər aşkarlanıb.
Həkimlər Qalstanyanın şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Bu səbəbdən də, müxtəlif orqanlarında problemlər yarandığını deyiblər.
Qeyd edək ki, Qalstanyan sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün daha fəal siyasi mübarizəyə başlayacağına söz verib.
Müşviq Tofiqoğlu
Globalinfo.az