66c4b248bb36866c4b248bb369172416672866c4b248bb36566c4b248bb366 1

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Şıxmahmud kəndində “Qaz-53” markalı yük avtomobilin üzərində yığılan ot bağlamlarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 6035 kq ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.

66c4b2488cb3d66c4b2488cb3e172416672866c4b2488cb3b66c4b2488cb3c 66c4b248cff9f66c4b248cffa0172416672866c4b248cff9c66c4b248cff9e 66c4b248a7f7f66c4b248a7f80172416672866c4b248a7f7b66c4b248a7f7d

66c4b248bb36866c4b248bb369172416672866c4b248bb36566c4b248bb366

Paylaş: