“Qarabağ” “Dinamo”ya məğlub oldu

“Qarabağ” “Dinamo”ya məğlub oldu

“Dinamo” (Zaqreb) “Qarabağ”a 3-0 qalib gəldi. Cavab görüşü bir həftə sonra keçiriləcək.

***

Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ”ı 3-0 məğlub edib.

***

Kulenoviç matçın 75-ci dəqiqəsində ikinci qolu “Qarabağ”ın qapısından keçirdi: 2-0.

***

Qarşılaşmanın ikinci hissəsi başladı.

***

“Dinamo” (Zaqreb) – “Qarabağ” qarşılaşmasının ilk hissəsi yekunlaşdı.

***

Suşiç 30-cu dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı: 1-0.

***

“Dinamo” (Zaqreb) – “Qarabağ” qarşılaşması başladı.

Canlı yayımı təqdim edirik:

***19:32

Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust

23:00. “Dinamo” – “Qarabağ”

Baş hakim: Qlenn Nyuberq

Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist

Dördüncü hakim: Adam Ladebek

VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer

UEFA nümayəndəsi: Filip Popovski
“Maksimir” stadionu