ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Stefani Holmsa Kursk vilayətinin ərazisinə qanunsuz daxil olan amerikalı jurnalistlərin fəaliyyətlərinə görə kəskin etiraz bildirilib.
Burada Rusiya sərhədini qanunsuz keçən əcnəbilərin hərbi hədəf olduğu səfirin diqqətinə çatdırılıb.