“Putin və Əliyev Bakıda müəyyən razılıq əldə edə bilərlər. Bunun haqqında Putin Paşinyana məlumat verəcək”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants deyib.
O, Əliyevin bundan öncə Paşinyanla birbaşa danışıqlar barədə razılıq əldə etdiyini xatırladıb:
“Bakı Rusiyanın vasitəçiliyini açıq şəkildə geri çevirməyəcək. Bunu Paşinyanın anti-Rusiya mövqeyini nəzərə alaraq edəcək. Putinin səfəri həm də onu göstərir ki, Kreml Ukraynadakı konfliktə rəğmən, Qafqazdakı təsirini zəiflətmək niyyətində deyil”.
Əliyar Xəlil
Globalinfo.az