“Ukrayna Kursk vilayətində 1250 km² əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
“Bir neçə ay əvvəl dünyanın əksər ölkələri bizim Kursk bölgəsində olduğu kimi bir əməliyyat planlaşdırdığımızı eşitsəydilər, bunun qeyri-real olduğunu söyləyərdilər. Üstəlik, belə bir əməliyyatın Rusiyanın “qırmızı xətt”lərini keçdiyini deyərdilər. Amma indi Rusiyanın “qırmızı xətləri” ilə bağlı bütün anlayışlar Sudja yaxınlığında məhv edildi”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az