acafdd46 5e49 11ef 98b1 02420a0000c9 1024

“Putinin Azərbaycana səfərinin nəticələri Moskva və Bakı arasında əməkdaşlığın strateji xarakterini təsdiqlədi”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

O bildirib ki, Rusiya tərəfi özünü Zaqafqaziyadakı vəziyyətin həllində effektiv vasitəçi elan edib.

“Azərbaycan ilk növbədə humanitar və iqtisadi qarşılıqlı fəaliyyət sahələrində özünü etibarlı tərəfdaş kimi sübut edir. Bakının BRİKS-ə qoşulmaq istəyi də uğura məhkumdur. Belə bir təşəbbüsün Putinin səfəri zamanı elan edilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə Slutski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: