Ukrayna Kursk vilayətində bufer zona yaradır.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, indi əsas vəzifə Rusiyanın müharibə potensialını məhv etmək, maksimum əks-hücum həyata keçirməkdir.
“Xüsusən də Kursk vilayətində bufer zonasının yaradılması prioritetdir. Rusiya ordusuna və dövlətinə, onların müdafiə sənayesinə və iqtisadiyyatına ziyan vuran hər şeyi etməliyik. Bütün bunlar bizə müharibənin genişlənməsinin qarşısını almağa və onun ədalətli sonunu yaxınlaşdırmağa kömək edir”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az