Rusiyada miqrantlara qarşı növbəti qadağa hazırlanır.
Globalinfo.az xəbər verir ki, yeni təklif mərhum siyasətçi Vladimir Jirinovskinin Liberal Demokrat Partiyasından gəlib.
Partiya məsələni qanun layihəsinə salaraq Dövlət Dumasına təqdim edib. Təklifə əsasən, Rusiya vətəndaşlığı olmayan əmək miqrantları ailələrini bu ölkəyə gətirə bilməyəcəklər.
Qeyd edək ki, Rusiyada miqrasiya ilə bağlı qaydalar iyulda sərtləşməyə başlayıb. Hazırda parlament miqrantlarla bağlı 25 qanun layihəsini müzakirə edir.
Rusiya Prezidenti Vladimir Putin isə bundan öncə miqrantlara taksi sürmək, məktəbəqədər təhsil müəssisələri və digər yerlərdə işləməyi qadağan edən qanunu təsdiqləyib.
Əliyar Xəlil
Globalinfo.az














