Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalından Türkiyənin Şırnak şəhərinin Uludere rayonuna keçən terrorçuları zərərsizləşdirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, terrorçuların sərhədi keçməsi barədə məlumat əldə olunandan sonra müvafiq tədbirlər görülməyə başlanılıb.
Belə ki, “Akınçı” PUA-ları havaya qalxıb. PUA-lar vasitəsilə terorrçular anbaan izlənilib. Daha sonra Şırnak rayonu Jandarm idarəsinin də iştirakı ilə əməliyyat keçirilib. İki saat davam edən atışma nəticəsində 2 terrorçu öldürülüb. Daha 2 terrorçu isə bir neçə saat sonra bombardmanla məhv edilib. Terrorçuların xüsusi təlim keçmiş müxtəlif şəxslərə sui-qəsd hazırlayan qruplaşma olduğu bildirilir.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyata şəxsən nəzarət edib.













