66c0db137ef5366c0db137ef54172391502766c0db137ef5166c0db137ef52

Azərbaycan qısa zamanda “BE-200ÇS” amfibiya tipli təyyarəni Türkiyəyə göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.

Qeyd edək ki, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib ki,  Azərbaycanın yanğınsöndürmə təyyarəsi saat 23.00-da Adnan Menderes hava limanına enəcək.

Paylaş: