generallar 1123

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” Sərəncam imzalayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikləri Bəhman Babayev, Əyyub Məmmədov və Nəsib Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Bəhmən Babayev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiridir. O, əvvələr DSX-nin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.

Əyyub Məmmədov Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinin rəisidir. O, 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Nəsib Mirzəyev Çevik Hərəkət briqadasının komandiridir. O, Prezident İlham Əliyev tərəfindən “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fotoda 

b86e9353 779b 4dc5 927c c2bd83982f67

Bəhmən Babayev

1666244524 0 23cac8c4 1d3c 3408 8b7f 6f9e72c88885

Nəsib Mirzəyev

Paylaş: