bicaq 1

Bu gecə Xaçmazın Nabran İnzibati Ərazi Dairəsinə daxil olan Tel kəndində baş verən hadisə zamanı dünyasını dəyişən 2009-cu il təvəllüdlü yeniyetmə Bakı məktəblisi olub. Mərhum məktəbli Bakının Yasamal rayonundakı 53 saylı tam orta məktəbin şagirdi olub.

Globalinfo.az bizim.media-ya istinadən bildirir ki, qətl hadisəsini törədən 34 yaşlı Bakı şəhər sakini Səhram Manafzadə hər il yay aylarında qayınatası burada yaşadığına görə Tel kəndinə gəlib burada dincəlirmiş. Onun mübahisə etdiyi şəxs – Nurlan Məmmədrəhimov rayonun Köhnə Xudat kəndindən olsa da, Bakıda yaşayırmış.

Zərərçəkənlə hadisəni törədən şəxs arasında bir müddətdir mübahisə olub. Ötən gün gecə saatlarında Səhram Manafzadə ilə Nurlan Məmmədrəhimov arasında telefon danışığı olub. Telefon danışığında Səhram Manafzadə Nurlan Məmmədrəhimovu Tel kəndinə çağırıb. Məlum qətl hadisəsi də onların mübahisəsi zamanı baş verib. Hadisə zamanı hər iki şəxs sərxoş olub. Atasının Səhram Manafzadə ilə davasını görən məktəbli avtomobildən düşərək onları ayırmaq istəyib. Bu zaman atanı bıçaqlayan Səhram Manafzadə onun oğluna da ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Məktəbli dərhal keçinib. Ata – Nurlan Məmmədrəhimov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən Səhram Manafzadə hadisə yerindən yayınsa da, Xaçmaz polisi onu Nabranda yaxalayıb istintaqa təhvil verib.

Faktla bağlı cinayət işi açılıb və Xaçmaz rayon prokurorluğu tərəfindən araşdırılır.

***09:45

Xaçmazda qətl törədən şəxs tutulub.

Xaçmaz rayon Prokurorluğundan Globalinfo.az-a verilən xəbərə görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib”-deyə məlumatda deyilir.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

X X X

Xaçmazda ata və oğlu davada bıçaqlanıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb

Köhnə-Xudat kənd sakinləri – 1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.

C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində işlər aparılır.

Paylaş: