eliyev pasinyan

“Ermənistanla Azərbaycan arasında məxfi şəkildə strateji razılıq əldə olunub”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Vahe Ovannesyan çıxış edib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Bakının tələbləri ilə razılaşacaq:

“Bakı seçki dönəmini sentyabrda bitirir və İrəvanla danışıqları ölkənin maraqlarına uyğun aparır. Qərb də prosesə öz strateji maraqlarına uyğun yanaşır. Baş nazir Nikol Paşinyan isə sülh danışıqlarında Ermənistanın deyil, şəxsi mənafeyini əsas tutur. Məhz bu prinsipial incəlik danışıqlarda razılığa gətirib çıxardı.

Ermənistandakı parlament seçkisi ərəfəsində Bakı N.Paşinyana imkan verəcək ki, ictimaiyyətə sülh emosiyaları aşılasın, hansısa sənəddən danışsın, yumşalmış ritorika ilə çıxış etsin. Beləliklə Paşinyan iqtidar gücünü əlində saxlayacaq və daha sonra Bakı istədiyi hər şeyi hissə-hissə alacaq. Yəni İrəvan gələcəkdə Azərbaycanın məcburi köçkünlərin qaytarılması, anklavların təhvili və dəhlizin açılması kimi tələblərini yerinə yetirəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: