“2008-ci il Gürcüstan müharibəsini ABŞ təşkil etmişdi”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, hazırda Prezident Vladimir Putinin köməkçisi Nikolay Patruşev deyib.
O, Gürcüstanın ərazi itkisinə görə ABŞ-ın günahkar olduğunu bildirib:
“Yalan və təxribat Qərbin ənənəvi siyasətidir. Məhz, ABŞ 2008-ci ilin avqustunda Mixail Saakaşvilinin hərbi avantürasını təşkil etdi. Amma Vaşinqton deyirdi ki, məsələyə aidiyyəti yoxdur. ABŞ-ın Gürcüstanın işlərinə birbaşa müdaxiləsi Abxaziya və Cənubi Osetiyanın onun tərkibindən çıxması ilə nəticələndi. Güman edirəm ki, gürcü xalqı amerikalıların fəaliyyətinə görə əziyyət çəkdiyinin fərqindədir”.
Qeyd eədk ki, Gürcüstanın hakim partiyası Gürcü Arzusu parlament seçkisində qalib gələcəyi halda 2008-ci il müharibəsini araşdıracağını açıqlayıb. Partiya baş verənlərin keçmiş prezident Mixail Saakaşvilinin təxribatı olduğu fikirini müdafiə edib. Saakaşvili isə bunu kəskin dillə təkzib edib.
Əliyar Xəlil
Globalinfo.az