c59437cb ee39 3a07 9b39 0bdaa3a9c6e5 850

“Rəqib “Zirə” çox yaxşı komandadır.”

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın “Osiyek” komandasının baş məşqçisi Federiko Koppitelli deyib.

“İlk hissədə buraxdığımız qol gözlənilməz oldu. Komandamız bu gün zəif oynadı. Yenə də qələbə üstünlüyünü qoruya bilmədik. Son dəqiqədə buraxılan qol komandamıza ağır zərbə vurdu. Beş penaltidən isə birin vura bildik. Nə deyə bilərəm? Bizim bəxtimiz gətirmədi, zədəli oyunçularımız var idi. Komandanın heyətini yaxşılaşdırmaq üçün çox transfer də edə bilməmişik. “Zirə” qələbə planlarımızı alt-üst etdi. Hakim qərarlarına gəldikdə isə, eyni qayda pozuntularına fərqli qərarlar verirdi”.

Qeyd edək ki, komandalar arasında ilk matç 1:1, Bakıda keçirilən oyun isə 2:2 hesabı ilə başa çatıb.

Paylaş: