Rusiya Avropada milli azlıqların müdafiəsi barədə çərçivə konvensiyasından çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Moskvanın konvensiyadan avuqstun 1-də ayrıldığı açıqlanıb.
Qeyd edək ki, Rusiya 1996-cı ildə sözügedən konvensiyanı bütün Avropa Şurasına üzv ölkələrlə birlikdə imzalayıb. Sənədə Avropada yalnız Türkiyə, Fransa, Monako və Andorra qoşulmayıb.
Konvensiya milli azlıqların diskriminasiyası və assimilyasiyasını qadağan edir, eləcə də onlara öz dillərində rahat danışmaq imkan yaradırdı. Ukrayna müharibəsi dərinləşdikcə Rusiyada milli azlıqlar arasında narazılıqlar da artmağa başlayıb. Müharibədə kütləvi ölümlər xüsusilə bu xalqların genefonduna təsir göstərir.
Əliyar Xəlil
Globalinfo.az