7c1800a8 6050 3e09 ba9b 47f1ef1c110b 850

Almaniyanın qərbindəki Haylerkirhen şəhərində yerləşən NATO aviabazası və Köln-Vandakı Bundesver baza  mümkün təxribat şübhələrinə görə bağlanıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Aviabaza komandanlığının nümayəndəsi kazarmaların da bağlandığını bildirib. Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. Bazanın öz su təchizatı var.

NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.

Almaniya ordusunun sözçüsü Vonrober gecə ərzində Köln bazasının ətrafındakı hasarda deşik açıldığını, lakin günahkarın tapılmadığını bildirib. Bunun təxribat olduğu ehtimal edilir.

“Blumberq” Almaniya hökumətinin suyun çirkləndirilməsinin Rusiya diversiya qrupunun işi olması ehtimalını araşdırdığı yazıb.

Paylaş: