İsraili Dohadakı Qəzza danışıqlarında “MOSSAD”ın direktoru David Barnea, Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar, habelə İsrail baş nazirinin beynəlxalq əlaqələr üzrə müşaviri Ofir Falk təmsil edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid “X” hesabında yazıb.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib.
İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser də HƏMAS imtina etsə belə, ölkəsinin Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edəcəyini bildirib.
Tərəflər arasında müzakirələr avqustun 15-də Qətərin ev sahibliyi ilə təşkil olunacaq.