komando

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasimdə çıxış edənlər Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edib, kursantlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

58f0aa6e4a0e4c80a1d9d0f8e57a36f9 44301394a36a043ac265d473a1267d79 083eabbc22dbfa4a81ec51c8816da850 cc5981c6a82e2c08954c0f7bb0d7a142

Paylaş: