Yalnız güc dilini anlayan rejim (İsraili nəzərdə tutur – red.) üçün ağır cəzaya hazırlıq başa çatıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani deyib.
Qeyd edək ki, iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə Tehranda iqamətgahında öldürülüb. İran hakimiyyəti bunu İsrailin törətdiyini iddia edərək bu hadisəyə görə yəhudi dövlətinə qarşı əməliyyat keçirəcəyini bildirib.













