HƏMAS İsraillə girov razılaşmasının bir hissəsi olaraq Fələstin Milli Qurtuluş Hərəkatının (FƏTH) hərbi qanadının lideri Mərvan Barqutinin azad edilməsini tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumata görə, ABŞ da Barqutinin azad edilməsinə dəstək verib.

Qeyd edək ki, Barquti 2004-cü ildə İsrail tərəfindən beş israillinin öldürülməsi və çoxlu sayda yaralanması ilə nəticələnən terror aktlarına görə ömürlük həbs cəzasına məhkum edilib.

Paylaş: