İran hava məkanını bağladı – SƏBƏB

İran hava məkanını bağladı - SƏBƏB

Misir Mülki Aviasiya Nazirliyi İranın hava məkanında uçuşların təhlükəli olacağı barədə Tehrandan bildiriş alıb.

Globalinfo.az xəbər verir ki, bu açıqlama ilə Misirin “Extra News” telekanalı çıxış edib.

Tehran uçuşların müvəqqəti qadağan edilməsini İran səmasında hərbi təlimlər keçirməklə izah edib.

Telekanal iddia edir ki, belə bir xəbərdarlıq dünyanın müxtəlif ölkələrinin mülki aviaşirkətlərinə də göndərilib.