Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin sayı məlum olub.
Globalinfo.az bildirir ki, cəmi 5113 görüş yeri ayrılıb.
Onlardan 3259-u açıq yerlər, 1854-ü isə qapalı yerlərdir.
***11:29
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Globalinfo.az bildirir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq ayrılıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc olunub.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.














