Mariya Stadnik karyerasını bitirib? – Açıqlama

Mariya Stadnik karyerasını bitirib? - Açıqlama

Mətbuatda qadın güləşçilərdən ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnikin idmançı karyerasını başa çatdırdığı ilə bağlı iddialar yayılıb. 

Globalinfo.az-ın xəbərinə görə, Azərbaycan Güləş Federasiyası apasport.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Həm məşqçilərlə, həm də idmançının özü ilə əlaqə yaratmışıq. Mariya Stadnik belə bir qərar verməyib. Sadəcə sosial mediada etdiyi paylaşım mətbuatda çaşqınlıq yaradıb”.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olan titullu idmançımız yarışı medalsız başa vurub.

***13:14

Azərbaycan millisinin qadın güləşçisi Maria Stadnik karyerasını bitirib.

Globalinfo.az xəbər verir ki, M.Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışnı başa vurduqdan sonra bu addımı atıb.

Qeyd edək ki, dördqat olimpiya mükafatçımızın M.Stadnik 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava məğlub olaraq Paris Olimpiadası ilə vidalaşıb.

***10:35

İndi başqa bir tarix yazmağın vaxtıdır.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi instaqram hesabında paylaşıb.

Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib:

“Mənim idman tarixim artıq yazılıb – 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.