Rusiyaya qarşı tətbiq edilən sanskiyalar İrəvan-Moskva aviabiletlərinin qiymətinə ciddi şəkildə təsir göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Avqustun 6-na olan son rəqəmlərə əsasən, İrəvan-Moskva biletlərinin qiyməti 154 min dramdan başlayır. Bu qiymətin 209 minə qədər dəyişdiyi bildirilir.
Maraqlıdır ki, Rusiyaya gedən və bu ölkədən qayıdan erməni yük maşınlarının keçidində ciddi çətinlik yaranıb. Artıq günlərdir iki ölkədə daşınmaların həyata keçirildiyi yeganə yol olan Lartsda uzun növbələr yaranıb. Yolun son zamanlar tez-tez bağlanması və erməni sürücülərə yaradılan çətinliklər diqqət çəkib.
Ayşən Mustafa
Globalinfo.az