WhatsApp Image 2022 12 10 at 23.32.54

Abxaziya hakimiyyəti Tbilisiyə münasibətdə sayıqlığını itirmir.

Globalinfo.az xəbər verir ki, bunu qondarma Abxaziyanın “baş naziri” Aleksandr Ankvab deyib.

Onun sözlərinə görə, qondarma “respublika” bu sayıqlığını Polşanı emissarlarının Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq fonunda saxlayır.

Ankvab həmçinin regionda vəziyyətin hər zaman gərgin olduğunu söyləyib. O, Gürcüstanda kifayət qədər ağıllı insanın olduğunu və onların eskalasiyaya imkan verməyəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hakimiyyəti Ukraynaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib. Tbilisi bu addımın Rusiyaya qarşı ikinci cəbhənin açması anlamına gələcəyini, bunun isə Moskva ilə savaşa gətirib çıxaracağını bəyan edib.

İlkin
Globalinfo.az

Paylaş: