İranda bəzi şəbəkələr İsraillə əməkdaşlıq edirlər.
Globalinfo.az xəbər verir ki, bu etirafı İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd HƏMAS lideri İsmayıl Haniyənin ölümünü şərh edərkən deyib.
“İranda israillilərin əməkdaşlıq etdiyi və özlərini “Mossad”ın tərkib hissəsi kimi görən böyük şəbəkələr var. İran böyük ölkədir və burada israillilərin əməkdaşlıq etdiyi şər mərkəzləri mövcuddur”, – o bildirib.
Zöhrəvənd Haniyənin mühafizəsinin təşkil olunmasını tənqid edərək, onu qətldən qorumağın mümkün olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az