qolkiper

Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.

Globalinfo.az xəbər verir ki, komanda qapıçı İlnur Vəliyevi transfer edib.

Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qolkiperlə 1 illik müqavilə imzalanıb.

İlnur “Sumqayıt”, “Sumqayıt-2” və “Rubin-2” kimi komandalarda forma geyinib.

Paylaş: