ba030a39 e0dd 4d03 a367 58cbf121aa71 850

“iPhone” istifadəçiləri üçün “WhatsApp”ın beta versiyasında “Meta AI” süni intellekti ilə ayrıca söhbət etmək imkanı yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

İstifadəçilər səsli və ya mətn mesajlarından istifadə edərək neyron şəbəkəsi ilə əlaqə saxlaya bilərlər.

Gələcəkdə “Meta AI” səslə cavab verə biləcək, istifadəçilər isə təklif olunan bir neçə variant arasından süni intellekt üçün səsi seçə biləcəklər.

Paylaş: