paris 2024 1

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Globalinfo.az bildirir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.

O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.

meryem 1

***12:00

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Globalinfo.az xəbər verir ki, C finalında mübarizə aparan idmançımız fərdi yarışda qüvvəsini sınayıb.

O, 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

diana dimcenko

***08:51

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Globalinfo.az bildirir ki, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.

Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.

Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paylaş: