“Ermənistan hökumətinin seçdiyi xarici siyasət kursu yalnız Azərbaycana sərf edir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.
Onun sözlərinə görə, Bakı heç vaxt Qərblə əlaqələrini kəsməyəcək:
“Azərbaycan neqativ əhvali-ruhiyyənin olmaması üçün Rusiya və Qərb arasında manevrə davam edəcək. Bakı həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın uğursuz xarici siyasəti sayəsində buna nail oldu”.
D.Camalyan bildirib ki, İrəvan Moskvanın bəzi təşəbbüslərini rədd edib:
“Ermənistan hökumətinin bu addımı isə Azərbaycanın maraqlarına uyğundur. Məsələn, Rusiya deyir ki, danışıqlar üçün platforma verə bilər. Bakı dərhal reaksiya verib razılaşır. İrəvandan isə hələ cavab yoxdur. Olsa belə, böyük ehtimal təklifi rədd edəcək. Başqa sözlə, Prezident İlham Əliyev Rusiyanın planını Paşinyanın əli ilə dağıdır. Yəni Bakı özü üçün arzu olunmayan planı erməni rəhbərliyinin vasitəsilə rədd edir”.
Erməni ekspert Azərbaycanın Rusiyanın sülh planına ehtiyacı olmadığını deyib:
“Bu fonda Qərbin atdığı addımlar yalnız Azərbaycanın mövqelərini gücləndirir. Bakı Qərbdən istədiyi hər şeyi aldı. İndi yeni güzəştlər üçün mümkün resurslardan istifadə edir”.
Əliyar Xəlil
Globalinfo.az