Fransada növbəti dəfə Azərbaycan Himni səsləndi – VİDEO

Fransada növbəti dəfə Azərbaycan Himni səsləndi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Globalinfo.az xəbər verir ki, bununla da Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və növbəti dəfə Fransada Azərbaycan Himni səsləndirilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) olimpiadanın qızıl medalına sahib çıxıb.